Banner

İmişlidə 3 maşın toqquşdu, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Qəzalar 27 Noyabr 2025 12:36 Oxunub 318
İmişlidə 3 maşın toqquşdu, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

TƏBİB-dən cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sol bud sümüyünün sınığı, sol sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1960-cı və 1966-cı il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir./qafqazinfo

***11:41

İmişli rayonu ərazisində 3 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh