İmişlidə ağır yol qəzası, yaralananlar var

Qəzalar 4 Dekabr 2020 23:43 Oxunub 1378
İmişlidə ağır yol qəzası, yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şahverdili kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Şirvan Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh