İmişlidə avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib
Qəzalar
22 Noyabr 2021 09:30
Oxunub 1086

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Camalzadə Xəzri İkram oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı yaralıya sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













