İmişlidə avtomobil piyadanı xəstəxanalıq etdi
Qəzalar
14 İyun 2020 09:45
Oxunub 1258

İmişli rayonunda avtomobil piyadanı vuraraq ona ağır xəsarət yetirib.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında İmişli şəhəri, H.Əliyev prospektində baş verib.
İmişli sakini Səbuhi Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İmişli rayon Bəhramtəpə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Cəfərov Mehman Elman oğlunu vurub. Piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













