Banner

İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var

Qəzalar 25 Mart 2022 10:29 Oxunub 1136
İmişlidə avtomobillər toqquşub xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Baxşiəliyev Samir Saday oğlu və 1970-ci il təvəllüdlü Tağıyev Kərim Məmmədtağı oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. S.Baxşəliyevə müştərək travma, K.Tağıyevə isə sol ayağın sınığı və sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozları qoyulub. K.Tağıyevin vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh