İmişlidə baş verən qəzada 1 nəfər xəsarət alıb
Qəzalar
27 Oktyabr 2021 10:05
Oxunub 1018

İmişlidə baş verən qəzada 21 yaşlı qadın kəllə-beyin travması alıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə İmişli-Biləsuvar yolunda baş verib.
"VAZ 21015" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin, İmişlinin Xəlifəli kənd sakini, 2000-ci ildə anadan olmuş Nurullayeva Gültəkin Namazəli qızı kəllə-beyin travması alıb. Yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Lent.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













