İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb
Qəzalar
19 May 2021 23:35
Oxunub 1450

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA-nın məlumatına görə, hadisə İmişli rayon mərkəzində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil yolu keçən İmişli şəhər sakini, 1961-ci il təvəllüdlü Cavadov Rafik Qənimət oğlunu vurub.
Yaralı piyada xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













