İmişlidə iki avtomobil toqquşub - ana və oğlu xəsarət alıb
Qəzalar
15 Dekabr 2021 01:23
Oxunub 5462

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Sara Meyxaş qızı və onun övladı, Məmmədov Oktay Vaqif oğlu xəsarət alıblar.
Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı ana və övladına sol qolun sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.///report
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













