İmişlidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Qəzalar
31 Avqust 2022 10:38
Oxunub 1014

İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Məsdəliyev Şamil Qalamirzə oğlu və Şahbazov Muxtar İbadulla oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Ş. Məsdəliyevə sağ bud sümüyünün sınığı, M. Şahbazova isə sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
"Report"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













