İmişlidə iki maşın toqquşdu, sürücülərdən biri xəsarət ald ı - VİDEO

Qəzalar 14 Avqust 2024 19:21 Oxunub 154
İmişlidə iki maşın toqquşdu, sürücülərdən biri xəsarət ald ı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl Göbəktala kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 30-BC-331 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, “Mercedes” markalı avtomobilə çırpılıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Hadisə zamanı sürücülərdən biri xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi avqustun 10-da saat 12 radələrində baş verib. V.Namazovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə E.Savalanovun idarə etdiyi "VAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb. Araşdırmalar aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh