İmişlidə motosiklet avtomobillə toqquşdu
Qəzalar
5 Avqust 2020 23:50
Oxunub 1396
İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə saat 21:00 radələrində İmişli-Biləsuvar avtomobil yolunun rayonun Qızılkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı avtomobillə motosiklet toqquşub.
Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR