İmişlidə motosiklet kanala düşüb, ölən və yaralanan var
Qəzalar
18 Avqust 2020 21:38
Oxunub 1654

İmişli rayonunda yol qəzası baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Qaravəlli avtomobil yolunun 1 kilometrliyində Qaralar kəndi ərazisində qeydə alınıb.
Belə ki, İmişli rayonunun Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vasif Məhiyyəddin oğlu idarəetməni itirib və motosiklet yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü dünyasını dəyişib, bir nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













