İmişlidə "Shagman" aşıb, xəsarət alan var
Qəzalar
13 Yanvar 2022 00:37
Oxunub 2140

İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu "Shagman" yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///report
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













