İmişlidə yol qəzası baş verib, xəsarət alan var
Qəzalar
22 İyun 2021 09:02
Oxunub 1180

İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun “Köhnə heyvan bazarı” adlanan ərazinin yaxınlığında qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Abdullayev Bəhram Ayaz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













