İmişlidə yol qəzasında 9 yaşlı uşaq ağır xəsarət alıb
Qəzalar
10 Aprel 2024 10:40
Oxunub 404
İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2015-ci il təvəllüdlü Ə.Xancamov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR