Banner

İmişlidə yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub

Qəzalar 12 Mart 2021 09:10 Oxunub 952
İmişlidə yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli rayonu ərazisində ağır yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Biləsuvar rayonunda müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakini, 1972-ci il təvəllüdlü Vəliyev Tahir Cavad oğlu hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdə olan 1987-ci il təvəllüdlü, İmişli rayon sakini, Abbasov Dəyanət Allahverdi oğlu, Beyləqan sakinləri, 1989-cu il təvəlüdlü Mehdiyev Rauf Binnət oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Eldar Zakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

D. Abbasov Şirvan, digər yaralılar isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh