İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə edilir - FOTO
Qəzalar
21 Yanvar 2025 14:48
Oxunub 262
İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə İmişli - Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Səyyad Salahlı məlumat yayıb. O, azyaşlını müalicə edildiyi xəstəxanada ziyarət edib.
S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə də maraqlanıb.
Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR