Banner

İndoneziyada qəzaya uğramış təyyarənin qalıqları tapılıb

Qəzalar 9 Yanvar 2021 23:15 Oxunub 2406
İndoneziyada qəzaya uğramış təyyarənin qalıqları tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İndoneziya Hərbi-Hava Qüvvələri qəzaya uğramış “Boeing 737” tipli sərnişin təyyarəsinin qalıqlarının tapıldığı yerdə axtarış-xilasetmə işlərinə kömək etmək üçün iki helikopter və bir təyyarə ayırıb.

APA xəbər verir ki, bu barədə “Antara” agentliyi HHQ-nin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, belə bir göstəriş ölkənin milli müdafiə qüvvələrinin rəhbəri tərəfindən verilib.

Məlumata görə, əməliyyatın icrasında zəif görünmə dairəsi ilə əlaqədar çətinlik yaşanır: “Əməkdaşlarımız hadisə yerindədirlər, təyyarənin bir neçə qalıqları tapılıb”.

Çətinliklərə baxmayaraq, axtarış işləri davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh