Banner

İngiltərənin baş naziri yol qəzasına düşdü - Qəza anının VİDEO su

Qəzalar 17 İyun 2020 19:20 Oxunub 1370
İngiltərənin baş naziri yol qəzasına düşdü - Qəza anının VİDEO su
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəzaya səbəb olan şəxsi saxlayıb

İngiltərənin baş naziri Boris Conson yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt Londonun mərkəzində qeydə alınıb. Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, baş nazirin olduğu “Jaguar” markalı avtomobil, etiraz aksiyasının keçirildiyi ərazinin yaxınlığından keçdiyi zaman anidən iştirakçılardan biri maşının qabağına qaçıb. Bundan sonra sürücü qəfil əyləcə basıb və bu vaxt mühafizəçilərin olduğu "Range Rover", nazirin “Jaguar”ına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, Consonun avtomobilinin arxa hissəsi əzilib. 

Polis qəzaya səbəb olan şəxsi saxlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh