Reklam

İranda avtobus aşıb: Xəsarət alanların sayı artdı, ölənlər var - YENİLƏNİB

Qəzalar 17 Sentyabr 2024 11:39 Oxunub 248
İranda avtobus aşıb:  Xəsarət alanların sayı artdı, ölənlər var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranda avtobusun qəzaya uğraması nəticəsində yaralananların sayı artıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, xəsarət alanların sayı 41 nəfərə çatıb, 10 nəfər isə həlak olub.

O da vurğulanır ki, Buşehr əyalətindən Məşhəd istiqamətində hərəkət edən avtobusun sərnişinlərinin yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edib.

***

İranın Yəzd əyalətində avtobus aşıb, çoxlu sayda ölən və yaralananlar var.

Avtosfer.az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən xəbər verilib.

Məlumata görə, qəza nəticəsində azı 10 nəfər həlak olub, 36 nəfər isə yaralanıb.

Yaralılar dərhal xəstəxanalara aparılıblar.

"Qəza yerinə Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterin də göndərilməsi planlaşdırılır", - deyə məlumatda vurğulanır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh