İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub - Ölənlər var
Qəzalar
19 Oktyabr 2022 14:49
Oxunub 926

İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər üçün Azərbaycanla sərhədə cəmləşdirdiyi hərbi texnika bir neçə qəzanın yaranmasına səbəb olub.
Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxarıb. Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.
Bizim.Media
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













