İraqda dəhşətli qəzada iki polis öldü, 39-u yaralandı
Qəzalar
8 Oktyabr 2021 23:00
Oxunub 1710

İraqın Kərkük şəhərində yük maşını polis qüvvələrinə aid üç mikroavtobusa çırpılıb.
Bu barədə Kərkük Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, nəticədə iki polis həyatını itirib, 39-u isə yaralanıb.
Qeyd olunub ki, yük maşının sürücüsü idarəetməni itib və ard-arda gələn üç mikroavtobusa çırpılıb.
Qəzadan sonra hadisə ilə bağlı istintaq başlayıb.///qafqazinfo
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













