Banner

İritonnajlı yük maşınında yanğın baş verib

Qəzalar 13 Noyabr 2021 22:08 Oxunub 1432
İritonnajlı yük maşınında yanğın baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hadisə saat 20:50-də Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsindən keçən hissəsində baş verib.

APA-nın məlumatına görə, 1969-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Arif Qasım oğlu Səfərovun idarə etdiyi “Mersedes” markalı ağırtonnajlı yük avtomobili hərəkətdə olarən sağ arxa şinində yanğın baş verib.

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin bir ədəd sağ arxa şini yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh