İsinmək üçün tonqal qalayan şəxs avtoservisi yandırdı – 5 avtomobil kül oldu - VİDEO

Avtoservisdə baş verən yanğında 5 avtomobil yanıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Məlumata görə, Sarıyer rayonunda yerləşən avtoservislərin birinin dayanacağında yanğın baş verib. Ətrafdakıların çağırışı ilə hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Yanğınsöndürənlər alovu ram etsə də, 5 nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb. Bundan sonra polis şübhəli yanğınla bağlı ərazidə yerləşən təhlükəsizlik kamerası görüntülərini araşdıraraq yanğın zamanı bir şübhəlinin hadisə yerindən uzaqlaşdığını müəyyən edib.
Hakim Aynur Rzayeva ölümünə səbəb olan sürücü barədə qərar verildi - Şəhid övladı idi
Görüntülərdən sonra polis əməkdaşları şübhəli şəxsə bənzəyən bir şəxsi saxlamağa çalışıb. Lakin həmin şəxs polisi görən kimi qaçmağa başlayıb. Buna baxmayaraq o, qısa müddətdə saxlanılıb. Dindirildikdən sonra Kazım K. cinayəti etiraf edib. Tikinti işçisi kimi tanınan Kazım K. Polisə ifadəsində isinmək üçün karton və plastikdən tonqal yandırdığını, alovun yayıldığını və daha sonra qorxudan hadisə yerindən qaçdığını bildirib.
Müxtəlif cinayətlərdə adı hallanan və şərti azadlıqda olan Kazım K. məhkəmənin qərarı ilə “əmlaka zərər vurmaq” ittihamı ilə həbs edilib.
Namiq Musayev
Sükan arxasında məsuliyyətsizlik faciəyə çevrildi - ANBAAN VİDEO
Qubada qumla dolu yük maşını yol kənarına aşdı - VİDEO
Biləcəridə QƏZA: "BYD" və yük maşını TOQQUŞDU - VİDEO
Qırmızı işıqda yolayrıcına girən sürücü qəza törətdi - VİDEO
Toy avtobusu QƏZAYA DÜŞDÜ: HƏLAK OLANLAR VAR - FOTO
Sumqayıtda yük maşını “Mercedes”ə çırpıldı - VİDEO
Xaçmazda maşın dəmir yoluna çıxıb qatarla toqquşdu - Sürücü öldü - VİDEO - YENİLƏNİB
Məmur bu qəzaya görə vəzifəsini itirdi - FOTO - VİDEO
“BakuBus”un eyni marşrutda olan iki avtobusu ard-arda qəzaya düşdü - FOTOLAR
Avtopilot rejimində olan “Tesla” qəzaya düşdü – Yastıqlar açılmadı - VİDEO
“Ağ Şəhər”də zolaq dəyişən sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO











