Banner

İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var

Qəzalar 28 Oktyabr 2022 10:09 Oxunub 1008
İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananlar var.

Avtosfer.az xəbər verir ki hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Belə ki, rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi "Kia Sorrento" markalı avtomobillə yaşadığı Soltan kəndi istiqamətində hərəkətdə olarkən maşın yolun kənarına çıxaraq aşağı yuvarlanıb.

Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Nübar Ələkbərova müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh