İsmayıllıda avtomobil 2 qadını vurub, biri ölüb
Qəzalar
9 Noyabr 2022 12:59
Oxunub 766

İsmayıllıda avtomobil iki piyadanı vurub.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini D.Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və D.Hacıyevanı vurub.
Nəticədə piyada L.Dadaşova hadisə yerində ölüb, D.Hacıyeva isə xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













