Banner

İsmayıllıda avtomobil aşıb, iki nəfər yaralanıb

Qəzalar 27 İyun 2020 20:00 Oxunub 1328
İsmayıllıda avtomobil aşıb, iki nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Yeniyol kəndi ərazisində hərəkətdə olan 31-BA-008 dövlət nömrə nişanlı "VAZ 21015" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü, İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Cəfərli Elçin Nizami oğlu və sərnişini, Bakı sakini, 2001-ci il təvəllüdlü Ələkbərli Zeynəb Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxasına çatdırılıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh