Banner

İsmayıllıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Qəzalar 22 Noyabr 2022 10:18 Oxunub 824
İsmayıllıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 22-də gecə saatlarında İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Mican kənd sakini Elşən Yusiflinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil işıq dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişini, həmin kənd sakini Gündüz Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh