İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
Qəzalar
19 Noyabr 2022 20:22
Oxunub 3202

İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb
İsmayıllıda "Toyota" markalı avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













