Banner

İsmayıllıda avtomobillər toqquşub, xəsarət alanlar var

Qəzalar 18 Mart 2023 10:59 Oxunub 966
İsmayıllıda avtomobillər toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 18-i gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi "VAZ-21011" markalı maşın toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də "VAZ-21011"də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh