İsmayıllıda yol qəzası: bir nəfər öldü, biri xəsarət aldı
Qəzalar
4 Noyabr 2020 22:20
Oxunub 1228

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya xəbərinə görə, hadisə bu gün Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.
"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər aldığı üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













