İsmayıllıda iki “Mercedes” toqquşdu, sürücü belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakı-Sumqayıt yolunda ağır qəza oldu - Tıxac yarandı - VİDEO
Atasının maşınını qaçıran uşaq zəncirvari qəza törətdi - 4 maşın… - FOTOLAR
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO - YENİLƏNİB
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb - FOTO
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB










