Banner

İsmayıllıda şagirdi avtomobil vurdu

Qəzalar 5 Avqust 2023 19:20 Oxunub 844
İsmayıllıda şagirdi avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Rayon sakini Nizami Behbudov idarə etdiyi 10-GP-144 dövlət nömrə nişanlı "VAZ 21099" markalı minik avtomobili ilə hərəkətdə olarkən marketin qarşısında yolu keçən piyadanı, 2009-cu il təvəllüdlü Bağırlı Cəfər Elsevər oğlunu vurub.

Ağır bədən xəsarətləri alan 14 yaşlı uşaq təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qeyd edək ki, Cəfər Bağırlı orta məktəbin 8-ci sinif şagirdidir.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (unikal)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh