Banner

İsmayıllıda "Tofaş" “07" ilə toqquşdu; 3 yaralı

Qəzalar 20 İyun 2020 11:00 Oxunub 2216
İsmayıllıda "Tofaş" “07" ilə toqquşdu; 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı yolunun Qarakolluq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü İbrahimov Yusif Nəsib oğlunun idarə etdiyi "Tofaş" markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı sakini, 1961-ci il təvəllüdlü İsmayılov Alxan Kərəm oğluna məxsus "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və "VAZ 2107"-nin sərnişini, 1962-ci il təvəllüdlü İsmayılova Abidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh