İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət alıb
Qəzalar
27 Oktyabr 2022 16:49
Oxunub 834

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobilin "KamAZ" markalı avtomobilə arxadan çırpılması nəticəsində Balakən rayon sakinləri - 1990-cı il təvəllüdlü Alqayeva Nübar Tahir qızı, 2002-ci il təvəllüdlü Orucov Elcan Vahid oğlu, 1964-cü il təvəllüdlü Alqayeva Ziyafət Amil qızı və 1978-ci il təvəllüdlü Alqayeva Lalə Mollaəli qızı xəsarət alıb.
Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
apa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













