Banner

İspaniyada iki sürət qatarı toqquşdu - Ölənlər var - YENİLƏNİB

Qəzalar 19 Yanvar 2026 10:46
İspaniyada iki sürət qatarı toqquşdu - Ölənlər var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Qatarda ümumillikdə 317 sərnişin olub.

***09:46

Dünən İspaniyanın cənubunda iki sürət qatarı relsdən çıxaraq toqquşub.

Avtosfer.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Malaqadan Madridə gedən sərnişin qatarı relsdən çıxaraq bitişik relslərə keçib və Madriddən Huelvaya gedən qatarla toqquşub.

Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 73 nəfər isə xəsarət alıb, onlardan 30 nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, relsdən çıxan birinci qatarda təxminən 300, qarşıdan gələn ikinci qatarda isə təxminən 100 sərnişin olub.

Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh