İspaniyalı futbolçu avtomobil qəzasında öldü - FOTO
Qəzalar
4 Yanvar 2021 10:43
Oxunub 1560

İspaniyanın "Atletik" klubunun yetirməsi Aytor Qandiaqa bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Avtosfer.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi dünən yol qəzasında ölüb.
Onun idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə yerində keçinən oyunçunun cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.
Qeyd edək ki, Aytor Qandiaqa 2016-cı ildə "Atletik"in farm-klubu olan "Baskoniya"da çıxış edib. O, 2019-cu ildə sərbəst agent kimi "Gernika"ya keçmişdi.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













