İsraildə sərnişin avtobusu iki avtomobillə toqquşub - 3-ü uşaq olmaqla, 5 nəfər ölüb
Qəzalar
29 Sentyabr 2021 22:31
Oxunub 1452

İsraildə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub.
APA yerli “Kan” radiosuna istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində ana və üç uşağı, eləcə də sürücü hadisə yerində dünyasını dəyişib.
30 nəfərin yaralandığı bildirilir, onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisənin baş verdiyi magistralın hər iki istiqamətdə yolu bağlanıb. Yaralıların təxliyəsi üçün tibbi helikopter və hərbçilər əraziyə cəlb edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













