İstanbul sahillərində yük və konteyner gəmiləri toqquşub

Qəzalar 18 Sentyabr 2023 18:00 Oxunub 196
İstanbul sahillərində yük və konteyner gəmiləri toqquşub

Rusiyadan gələn yük gəmisi İstanbul sahillərində konteyner gəmisi ilə toqquşub.

Bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.

Hadisə Mərmərə dənizindəki Axırkapı körpüsü yaxınlığında baş verib. 228 metr uzunluğundakı “New Legend” yükdaşıyıcısı ilə 141 metr uzunluğundakı “Elbsun” konteyner gəmisi toqquşub.

Sahil mühafizəsinin məlumatına görə, Honkonq bayrağı altında üzən “New Legend” Rusiyadan Malayziyaya gedirmiş. Konteyner gəmisi isə Portuqaliya bayrağı altında üzür. Hadisə nəticəsində itkilərin olmadığı bildirilir.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh