İstanbula gedən gəmi quruya çırpıldı
Qəzalar
18 Noyabr 2022 12:49
Oxunub 730

Sudandan İstanbula gedən taxıl daşıyan gəmi Mərmərə dənizində quruya çırpılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi bildirib.
"İki ədəd yedək gəmilərimiz Sudandan İstanbula gələrkən Rıbaçı adasının yaxınlığında quruya çırpılan 186 metr uzunluğunda boş yük daşıyan "CHARLES" gəmisinə göndərilib", - mətbuat xidməti açıqlayıb.
CHARLES gəmisinin İstanbul Gəmi Nəqliyyat Mərkəzinin koordinasiyası ilə təhlükəsiz şəkildə lövbər saldığı vurğulanır.
Unikal
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













