Banner

İstanbulda aeroport işçilərini daşıyan avtobus aşdı, 29 yaralı var

Qəzalar 9 Avqust 2023 23:34 Oxunub 976
İstanbulda aeroport işçilərini daşıyan avtobus aşdı, 29 yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstanbul hava limanında çalışan personalı daşıyan avtobusun Eyüpsultanda aşması nəticəsində 29 nəfər yaralanıb.

İşıqlar-Ağaçlı yolunda körpünün üzərində olarkən avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdən boş sahəyə düşüb.

Bölgəyə polis, xilasetmə və tibb qrupları cəlb edilib.

Sürücünün və 46 nəfərin avtobusda olduğu, ilkin təsbitlərə görə qəzada 29 nəfərin yaralandığı öyrənilib.

Hadisə yerinə gələn tibbi qrupların ilk müdaxiləsindən sonra yaralılar təcili yardımlarla ətrafdakı xəstəxanalara aparılıb. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh