İstanbulda polis maşını aşdı - Yaralılar var
Qəzalar
3 May 2022 10:59
Oxunub 2360

İstanbulun Sarıyer rayonunda zirehli polis maşını aşıb.
Avtosfer.az-ın verdiyi xəbərə görə, qəza nəticəsində 2 polis əməkdaşı yaralanıb.
Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində polis maşını yolda maneələrə çırpılaraq aşıb.
Yaralılar xəstəxanaya aparılıb.
Hadisə yerində xilasetmə və polis qruplarının araşdırmaları davam edir.
"Unikal"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













