İstirahət günlərində baş vermiş üç avtomobil qəzasında altı nəfər ölüb - RƏSMİ
Qəzalar
8 Fevral 2021 11:55
Oxunub 1036

Daxili işlər orqanları tərəfindən fevralın 6-sı və 7-də qeydə alınmış 64 cinayətin üstü “isti izlər”lə açılıb. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan səkkiz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə altı nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













