İstirahətdən qayıdanda qəzaya düşdülər – Ölənlər var
Qəzalar
30 Dekabr 2021 00:15
Oxunub 6658

Gürcüstanda xarici ölkə vətəndaşlarının olduğu mikroavtobusun dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Mtsxeta-Stepantsminda yolunun Larsi seksiyasında baş verib.
Ölənlər arasında ana və azyaşlı uşağı da var. Mikroavtobusun sərnişinlərinin Qudauri qış kurort zonasından qayıdan Bolqarıstan vətəndaşları olduğu bildirilir. Məlumata görə qəza zamanı mikroavtobusda 9 nəfər olub. Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq başladılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













