Avtosfer.az | Reklam
İtin hücumundan yola qaçan qadını “Ford” vurdu - FOTO
Qəzalar 16 Sentyabr 2020 19:43 Oxunub 4230
İtin hücumundan yola qaçan qadını “Ford” vurdu - FOTO

Türkiyənin Adıyaman vilayətində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Besni rayonunun Yenikənd məhəlləsində qeydə alınıb.

Məlumata görə, qonşuları ilə birlikdə gəzişən Ayişə Ç., adlı qadına it hücum edib. İtin hücumundan qaçmağa çalışan və yol çıxan qadını, hərəkətdə olan 44 HL 531 qeydiyyat nömrə nişanlı “Ford” markalı mikroavtobus vurub.

Qəza nəticəsində xəsarət alan Ayişə Ç. ambulansla xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh