İçərisində 19 ton tərəvəz olan yük maşını yandı - FOTO

Astara rayonunda Rusiyaya məxsus içərisində 19 ton tərəvəz məhsulları olan yük maşını yanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisində baş verib. Belə ki, Rusiyanın Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Reno - TIR" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın baş verib. Yanğın qısa zamanda bütün maşını bürüyüb. İçərisində 19 ton xiyar tərəvəzi yüklənmiş yük maşını yanğınsöndürənlər tərəfindən söndürülüb. Lakin, məhsulun böyük bir qismi zay olub. Avtomaşına və məhsulun sahibinə külli miqdarda ziyan dəyib. Yanğının baş vermə səbəbi ekspertizanın araşdırmasından sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















