İçərisində uşaqların olduğu avtobus çevrildi - xəsarət alanlar var

Serbiyanın şimalında uşaqları daşıyan Polşa dövlət nömrəli avtobus magistral avtomobil yolundan çıxaraq çevrilib. Uşaqlar arasında xəsarət alanlar var. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Daxili İşlər Nazirliyindən məlumat verilib. “Yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə uşaq xəsarət alıb. Hadisə yerinə xilasedicilər briqadası və təcili tibbi yardım göndərilib.”, - nazirliyin məlumatında bildirilir. Qəza Feketiç yaşayış məntəqəsinin yaxınlığında baş verib. Serbiyanın milli RTS televiziyası qəza nəticəsində bir yetkin şəxsin öldüyü, 25 nəfərin müxtəlif xəsarətlərlə yaxınlıqda yerləşən xəstəxanalara çatdırıldığını bildirib. Telekanalın məlumatına əsasən, avtobusda üç sürücü və 50 sərnişin (27-si 16 yaşadək uşaqlardır) olub.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












