İki ailə avtomobil qəzasına düşdü: 7 yaralı - Şəmkirdə

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, iki ailənin düşdüyü qəzada 7 nəfər xəsarət alıb.
Şəmkir rayon sakini, 1962-ci il təvəllüdlü Oruc Vəliyevin idarə etdiyi "VAZ -2106" markalı avtomaşın qarşı tərəfdən gələn rayonun Tatarlı kənd sakini, 1989-cu il təvəllüdlü Xaliq İsmayıl oğlu Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2106"-nın sürücüsü və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Səadət Ziyad qızı Vəliyeva, "VAZ-2105" markalı avtomaşının sürücüsü, onun qardaşı 1994-cü il təvəllüdlü Xalis İsmayıl oğlu Bayramov, valideynləri İsmayıl Bayramov və Şəfiqə Bayramova və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Xəstəxanadan S.Vəliyeva və X.Bayramovun vəziyyətlərinin ağır olduğu bildirilib.
Qeyd edək ki, "VAZ -2106" markalı avtomobilin sürücüsü O.Vəliyev hərbçidir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 263.1 ( nəqliyyatda bir və daha artıq şəxsin sağlamlığına ağır və az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












