İki avtomobil toqquşdu: 2 ölü, 1 yaralı - Masallıda

Masallıda ağır yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12.00 radələrində Masallı-Yardımlı şosesinin rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan “Fiat” markalı və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Güclü zərbədən hər iki nəqlkiyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “VAZ-2107”-nin sərnişini olan ər və arvad aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Onların meyitləri morqa aparılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış “Fiat”ın sərnişini, 2004-cü il təvəllüdlü Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












