İki avtomobil toqquşdu: 4 yaralı - İmişlidə

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ-2199" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. İlkin məlumata görə, İmişli sakini, 22 yaşlı Əliyar Telman oğlu Kərimov və ondan başqa daha 3 nəfər yaralanıb. Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Ağır yol qəzasında xəsarət alan üç nəfərin də şəxsiyyəti müəyyənləşdirilib. Avtosfer.az “Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması ilə baş verən qəzada İmişli rayon sakinləri - 32 yaşlı Yusif Akif oğlu Əsgərov, 53 yaşlı Roza Hidayət qızı Şükürova və 45 yaşlı Diləfruz Əziz qızı Mehdiyeva yaralanıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstaxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ


















